28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Samir hansı komanda ilə müqavilə imzalayacaq?

"Vest Hem" bir müddətdi komandayla birgə məşqlərə çıxan Samir Nəsriylə müqavilə imzalamağa hazırlaşır.
 
Futbolxeber.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisi fransız futbolçuya 6 aylıq sözləşmə təklif edib.
 
Nəsri bu təklifi qəbul edəcəyi təqdirdə, mövsümün sonuna qədər “Vest Hem” forması geyinəcək. 31 yaşlı futbolçu yeni müqaviləylə həftəlik 90 min avro məvacib qazanacaq.
 
Orqanizmində qadağan olunmuş maddə tapıldığı üçün 18 ay müddətinə futboldan uzaqlaşdırılan Nəsrinin cəzası dekabr ayında başa çatıb. Premyer Liqada daha öncə “Arsenal” və “Mançester Siti”də oynayan Nəsri, “şəhərlilər”lə 2 dəfə ölkə çempionluğunu qazanıb. Nəsri “Mançester Siti”də Pelleqrininin rəhbərliyi altında çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31