29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Çempionlar Liqasında 1/8 finalın püşkü atıldı

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutan tədbirdə 1/8 finalın cütlükləri müəyyənləşib.
 
Qrup qaliblərinin ikinci yer sahiblərini sınağa çəkəcəyi mərhələnin 8 cütü bəlli olub. Burada eyni qrupdan çıxanlar və bir ölkəni təmsil edənlər bir-birilərinə rəqib olmayıb.
 
Püşk “Liverpul”la “Bavariya”nı, MY ilə PSJ-ni üz-üzə qoyub. Bu cütlər mərhələnin ən çox maraq kəsb edən duelləri olacaq.
 
1/8 final mərhələsinin oyunları 4 həftəni əhatə edəcək. İlk görüşlər 12-13 və 19-20 fevralda, cavab qarşılaşmaları isə 5-6 və 12-13 martda keçiriləcək.
 
Çempionlar Liqası
 
1/8 final 
 
“Şalke” (Almaniya)  - “Mançester Siti” (İngiltərə)
 
“Atletiko” (Madrid, İspaniya) - “Yuventus” (İtaliya)
 
“Mançester Yunayted” (İngiltərə) - PSJ (Paris, Fransa)
 
“Tottenhem” (İngiltərə) - “Borussiya” (Dortmund, Almaniya)
 
“Lion” (Fransa) - “Barselona” (İspaniya)
 
“Roma” (İtaliya) - “Portu” (Portuqaliya)
 
“Ayaks” (Hollandiya) - “Real” (Madrid, İspaniya)
 
“Liverpul” (İngiltərə) - “Bavariya” (Almaniya).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31