29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Ramil Şeydayevlə dava edən futbolçu üzr istədi

"Rostov"un müdafiəçisi Raqnar Siqurdsson Rusiya Premyer Liqasının 17-ci turunun "Krılya Sovetov"la oyununda baş verənlərə görə məyusluğunu bildirib.
 
Futbolxeber.az saytının məlumatına görə, matçın 82-ci dəqiqəsində topdaşıyan uşağı bilərəkdən topla vuran islandiyalı futbolçu etdiyi hərəkətə görə zərərçəkmişdən üzr istəyib. Hətta Siqurdsson uşağa öz formasını hədiyyə edib və üzərində bu sözləri yazıb:
 
"Salam, mənim dostum. Şadam ki, səndə hər şey qaydasındadır. Həmin vaxt bir az emosional idim. Sən yaxşı oğlansan. Belə bir şey baş verdiyi üçün təəssüflənirəm. Sənə gələcəkdə uğurlar arzu edirəm".
 
Qeyd edək ki, topdaşıyan uşağı vuran Siqurdssona ilk olaraq "Krılya Sovetov"un azərbaycanlı futbolçusu Ramil Şeydayev reaksiya verib. Skandinaviyalı oyunçunun üzərinə hücum çəkən milimizin üzvünü çətinliklə sakitləşdiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31