29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

DÇ-2022 təkcə Qətərdə yox, bir neçə ölkədə keçiriləcək?

DÇ-2022-in bir neçə ölkədə keçirilə biləcəyi ilə bağlı məsələ dünya mətbuatında müzakirə olunur. 
 
Futbolxeber.az saytının məlumatına görə, noyabrın sonunda FİFA prezidenti Canni İnfantonu bununla bağlı eyham vurmuşdu.
 
O bildirmişdi ki, 2022-ci ildə DÇ-nin final mərhələsində komandaların sayı 32-dən 48-ə qaldırılarsa, mundialın bir neçə oyunu Qətərlə qonşu ölkələrdə də keçirilə bilər. 
 
DÇ-2022-nin təşkilat komitəsinin baş direktoru Naser al-Hater də məsələyə münasibət bildirib. O, məsələ ilə bağlı qonşu ölkələrin heç biri ilə danışıqlar aparmadıqlarını deyib. Qətər Yaxın Şərqdə dünya çempionatını qəbul edəcək ilk ölkə olacaq. 2022-ci ildə mundial qışda – noyabrın 21-dən dekabrın 18-nə qədər keçiriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31