8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Uelbek "Qarabağ"a qarşı oynamayacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi olan “Arsenal”ın futbolçusu Denni Uelbek əməliyyat olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə London komandasının baş məşqçisi Unai Emeri bildirib. 
 
Onun sözlərinə görə, IV turda Portuqaliya “Sportinq”i ilə qolsuz bərabərliklə başa çatan matçın 25-ci dəqiqəsində topuğu sınan 27 yaşlı hücumçu uzun müddət meydana çıxa bilməyəcək:
 
“O, mövsümün sonuna qədər qayıda biləcəkmi? Bu barədə həkimdən soruşmaq lazımdır. Çox ciddi zədədir. Lakin müddətlə bağlı həkim daha dəqiq məlumat verə bilər”.
 
Emerinin sözlərindən belə aydın olur ki, Uelbek üçün il başa çatıb və o, Ağdam komandası ilə görüşdə iştirak etməyəcək. "Arsenal” dekabrın 14-də VI tur çərçivəsində “Qarabağ”ı qəbul edəcək. Bu komandalar arasında Bakı Olimpiya Stadionunda baş tutan matçda “topçular” 3 cavabsız qolla qalib gəliblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30