9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Arsenal” Bakıya qələbə ilə gəlir

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" İngiltərə Premyer Liqasında növbəti oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, London klubu 7-ci turda öz meydanında "Uotford"u qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Arsenal"a qələbə gətirən qollar matçın son 9 dəqiqəsində vurulub. Əvvəlcə Katçart 81-ci dəqiqədə avtoqolla yadda qalıb. 83-cü dəqiqədə isə Məsut Özil fərqlənib.

Bu qələbə ilə xalını 15-ə yüksəldən Unay Emerinin komandası turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Arsenal" oktyabrın 4-ü "Qarabağ"ın qonağı olacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş yerli vaxtla saat 20:55-də başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30