29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Totti: "Məni göndərsəniz, cinayət törədəcəm..."

İtaliya futbolunun əfsanəsi, "Roma"nın texniki direktoru Françesko Totti İtaliyada həbsxanaların birində yaşadğı maraqlı hadisəni danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, veteran futbolçunun sözlərinə görə, həbsxanaya ziyarətdən öncə məhkumlardan biri cəzasını çəkib başa vursa da, Totti ilə görüşmək üçün əlavə bir həftə də dustaqxanada qalıb:
 
"Həbsxanaya ziyarətə getdik və orada imza paylamaq üçün bir masa verdilər. Ətrafda gözətçilər və dustaqlar var idi, hamı bağırırdı. Həmin an gözüm bir məhkuma sataşdı. Yanımıza gəlmək üçün çarpışırdı. O, mənimlə şəkil çəkdirməyi çox istəyirdi. Bu qədər istəkli olmasınını anlaya bilmirdim.
 
Öyrəndim ki, bir həftə öncə təxliyə olub, amma gələcəyimi biləndə dustaqxanada 7 gün əlavə qalmaq üçün icazə istəyib. "Məni göndərsəniz, cinayət törədərək, geri dönəcəm!" deyərək, razılıq əldə edibmiş".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31