8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Runinin yeni klubu bəlli oldu

İngiltərə yığmasının sabiq hücumçusu Ueyn Runi bundan sonra karyerasını ABŞ-da davam etdirəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, o, MLS-də mübarizə aparan “DC Yunayted” klubuna transfer olunub.
 
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. “Mançester Yunayted”dən ayrıldıqdan sonra ötən mövsümün əvvəlində sabiq klubu “Everton”a qayıdan Runi burada cəmi bir mövsüm keçirdi. Doğma klubu ilə çıxdığı 40 oyunda 11 qola imza atan 32 yaşlı forvardın hələ 2019-cu ilə qədər müqaviləsi var idi. Lakin MLS təmsilçisindən aldığı cəlbedici təklif onun ölkəsini tərk etməsinə səbəb olub.
 
Runi yeni klubu ilə 3,5 illik müqavilə imzalayıb. O, bu komandada alacağı 13 milyon dollarlıq maaş ilə klub tarixinin ən çox qazanan futbolçusuna çevrilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30