9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Argentina sonda sevindi, Xorvatiya İslandiyaya qalib gəldi

Bu gün Rusiyada keçirilən Dünya çempionatında C və D qruplarında son görüşlər baş tutub. 

Futbolxeber.az saytının məlumatına görə, öncə meydana C qrupunun təmsilçiləri çıxıb.

Danimarka və Fransanın mübarizəsində qalib aşkarlanmayıb - 0:0. Belədə, hər iki komanda 1/8 finala adlayıb. Peru isə Avstraliyaya qalib gəlməklə mundialı 3 xalla başa vurub.

Əsas diqqətlər D qrupuna yönəlmişdi. Burada Nigeriya Argentina, İslandiya isə Xorvatiya ilə qarşılaşıb. Xorvatlar pley-offa yüksəldiyindən bu görüş İslandiya üçün daha əhəmiyyətli idi. İslandiya qrupdan çıxmaq üçün mütləq qələbə qazanmalı idi. Lakin xorvatlar ardıcıl üçüncü görüşdə də meydanı 3 xalla tərk ediblər. 
 
Messinin kapitanı olduğu Argentina millisi 1/8-ə yüksəlmək üçün mütləq Nigeriyaya qalib gəlməli idi. Matçın startınada Messi hesabı açsa da, ikinci yarıda Nigeriya cavab qolu vurmağa müvəffəq olub. Lakin sona 4 dəqiqə qalmış vurulan qol Argentinanı 1/8 finala daşıyıb. 
 
D qrupu

Nigeriya - Argentina - 1:2 
Qollar:
L. Messi, 14 (0:1), V. Mozes, 51-penalti (1:1), Roxo, 86 (1:2)
Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu

İslandiya - Xorvatiya - 1:2
Qollar:
M. Badel, 53 (0:1) Siqurdsson, 76-pen (1:1), Perişiç, 90 (1:2)
Baş hakim: Antonio Matyö Lahoz (İspaniya)
Rostov-Don, "Rostov Arena"  
 

1.

Xorvatiya

3

3

0

0

7:1

9

2.

Argentina

3

1

1

1

3:5

4

3.

Nigeriya

3

1

0

2

3:4

3

4.

İslandiya

3

0

1

2

2:5

1

C qrupu

Danimarka - Fransa - 0:0
Baş hakim:
Sandro Riççi (Braziliya)
Moskva, "Lujniki" stadionu

Avstraliya - Peru - 0:2
Qollar:
Karrilyo, 18 (0:1), Gerreyro, 50 (0:2)
Baş hakim: Sergey Karasyov (Rusiya)
Soçi, "Fişt" stadionu 

1.

Fransa

3

2

1

0

3:1

7

2.

Danimarka

3

1

2

0

2:1

5

3.

Peru

3

1

0

2

2:2

3

4.

Avstraliya

3

0

1

2

2:5

1

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30