9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Neftçi" üçün iki transfer etdilər

Neftçi"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Macarıstan "Uypeşt"i təlim-məşq toplanışı üçün Avstriyaya yollanıb.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Neboyşa Vineviç iyulun 4-dək davam edəcək hazırlıq prosesinə 23 futbolçu cəlb edib.
 
Komanda toplanışa 2 yeni transferini də aparıb. Bunlar Macarıstan "Haladas"ının futbolçusu Angel Jolts və Fransa "Genqam"ından İdrissa Manedir. Baş məşqçi həmçinin zədə səbəbindən Devid Mol, Kris Saymon və Vinsent Ononu hazırlıq prosesinə cəlb etməyib. 
 
"Uypeşt" təlim məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 30-da Çexiyanın "Trşinets", iyulun 4-də isə Xorvatiyanın "İnter" (Zapreşiç) komandası ilə üz-üzə gələcək.
 
"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsində "Uypeşt"lə ilk oyunu iyulun 12-də "Dalğa Arena"da keçirəcək. Qarşılaşma saat 21:00-da başlanacaq. Cavab görüşünün vaxtı isə bəlli deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30