29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Real”ın yeni baş məşqçisi Quti olacaq?

“Real”ın yeni baş məşqçisi Quti olacaq.

Futbolxeber.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, belə bir iddia ilə “Mursiya”nın prezidenti Viktor Qalves çıxış edib:

“Mən Quti ilə danışmışdım. Onu baş məşqçi postuna dəvət etmək istəyirdim. Görüşüb, məsələni müzakirə etməliydik. Lakin Zidanın “Real”dan ayrılması planlarımızı pozdu.

Quti “Real”ın yeni baş məşqçisi olacaq və bu səbəbdən də “Mursiya”da çalışmayacaq. Kaş ki, Zidan “Real”dan ayrılmaqla bağlı qərarını bir neçə gün sonra açıqlayaydı...”

Qeyd edək ki, 41 yaşlı Quti “Real”ın yetirməsidir. O, 1994-2010-cu illər aralığında “Kral klubu”nun formasını geyib. 2013-cü ildən isə Madrid təmsilçisinin aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərir.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31