8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Ərdoğanla şəkil çəkdirdikləri üçün tənqid olundular

Futbol üzrə Almaniya millisinin üzvləri Məsut Özil və İlkay Gündoğan Londonda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüblər.

Futbolxeber.az saytının məlumatına görə, “Everton”da çıxış edən Türkiyə millisinin hücumçusu Cenk Tosunun da iştirak etdiyi görüşdə Özil və Gündoğan dövlət başçısına formalarını hədiyyə ediblər.

Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf (AK partinin) partiyasının rəsmi saytında sözügedən görüşdən şəkillər yayıb.

Özil və Gündoğanın Türkiyə prezidenti ilə görüşü Bundestaq nümayəndələri və Almaniya futbol məmurları tərəfindən narazılıqla qarşılanıb. Yığma üzvlərini tənqid edən rəsmilər, onlara fikirlərini futbola yönəltməyi məsləhət görüblər.

Almaniya Futbol İttifaqının prezidenti Raynhard Qrindel narazılığın səbəbini Ərdoğanın ulduz futbolçularla seçkidən öncə görüşməsi ilə izah edib.

Qeyd edək ki, Özil və Gündoğan Almaniya anadan olsalar da, Türkiyə vətəndaşlığına da sahibdirlər.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30