29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Aleks De Souza Əziz Yıldırımı günahlandırdı

Ötən mövsüm "Fənərbaxça"dan ayrılan Aleks De Souza FİFA-nın saytına maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, açıqlamasında braziliyalı futbolçu "Fənər"i tərk etməsinin səbəblərindən danışıb. Aleks ilk növbədə komandadan ayrılmamışdan öncə klub prezidenti Əziz Yıldırımla baş tutan görüşündən söz açıb: "Aykut Kocaman və mən başqan Əziz Yıldırımın otağında görüşdük. Görüşdən əvvəl düşünürdüm ki, Əziz Yıldırım bizi razı salmaq üçün yanına çağırıb. Amma bu, baş vermədi. Yıldırım sanki bizim sözlərimizi təxribata çevirmək istəyirdi. Aykut Kocaman da mənə dedi ki, "əgər, "Fənərbaxça"dakı çıxışını davam etdirmək istəyirsənsə, o zaman mütləq əvəzedici komanda ilə məşqlərə çıxmalısan". Bu sözləri eşidincə çox əsəbləşdim. Sanki dəli oldum. Məhz bu səbəbdən də Braziliyaya qayıtmaq qərarına gəldim. Bu qərarı qəbul edərkən evimin önündə xeyli sayda "Fənərbaxça"lı azarkeş toplaşmışdı. Düşündüm ki, bir qədər gözləyib, hadisələrin necə yekunlaşacağını izləyim. Amma heç nə dəyişmədi". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31