9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Xarici futbol

Türkiyə, İtaliya və İngiltərə Avropa çempionatında

19 yaşadək futbolçular arasında bu yay keçiriləcək Avropa çempionatının seçmə mərhələsi yekunlaşmaq üzrədir.

Futbolxeber.az saytının məlumatına görə, artıq 2 qrupda Elit raundun oyunlarına yekun vurulub.

Bu gün Bosniya və Hersoqovinanı 2:1 hesabı ilə məğlub edən Türkiyə millisi 7 xalla 7-ci qrupun qalibi adını qazanmaqla qitə birinciliyinə vəsiqə qazanıb. “Ay-ulduzlular” turnir cədvəlində Bosniya ilə yanaşı, Danimarka və Avstriya millilərini də qabaqlayıb.

Üçüncü qrupun qalibi İtaliya olub. 7 xalla qrup birincisi olan “Skuadra Adzurra” Polşa, Yunanıstan və Çexiyanı qabaqlayıb.

İngiltərə millisi isə ikinci qrupun birincisi olub. Bu gün gözlənilmədən Makedoniyaya 0:2 hesabı ilə uduzması britaniyalıların birinci olmağına ma olmayıb. Maraqıdır ki, İngiltərə millisi kimi Latviya  da qrupu 6 xalla tamamlayıb. Yalnız şəxsi oyunlardakı qələbə (3:0) ingilisləri qrup qalibi edib.

Qeyd edək ki, U-19-ların qitə birinciliyi Finlandiyada keçiriləcək. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30