9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Azərbaycan millisinin hücum futbolu sərgiləməsi işimizi asanlaşdıracaq”

“Azərbaycanla görüşdə müsbət nəticə əldə edə bilərik. Bu, Millətlər Liqasına hazırlıq baxımından komandamız müsbət təsir edəcək”.
 
Futbolxeber.az saytının məlumatına görə, bunu Makedoniya yığmasının futbolçusu Enis Bardi Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunu barədə danışarkən deyib.
 
İspaniyanın “Levante” klubunun formasını geyinən 23 yaşlı cinah hücumçusu bu gün Türkiyənin Antalya bölgəsində baş tutacaq oyunun onlar üçün əhəmiyyətli olduğunu söyləyib: “Doğru yolda olduğumuzu düşünürəm. Finladiya ilə qolsuz heç-heçə ilə nəticələnmiş matçda əla oynadıq. Lakin rəqib yaxşı müdafiə olunaraq, qol vurmağımıza imkan vermədi. İndi isə hücum futbolu sərgiləyən komandaya qarşı oynayacağıq. Fikrimcə, bu, hücumdakı işimizi asanlaşdıracaq. Qalib gələcəyimizə ümid edirəm. Bu nəticə Millətlər Liqasındakı çıxışımıza da müsbət təsir göstərəcək. Allah eləsin, bu turnir vasitəsi ilə Avropa çempionatına vəsiqə qazanaq”.
 
Qeyd edək ki, “Mardan” stadionunda keçiriləcək Azərbaycan - Makedoniya oyunu Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30