29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Makedoniyalı futbolçu: "Bu, Azərbaycanla oyunöncəsi əla motivasiya olacaq"

"Biz oyunlara maksimum dərəcədə yaxşı hazırlaşırıq. Son 4 gündür Antalyadayıq. Komandaya məşq üçün yaxşı şərait yaradılıb".
 
Futbolxeber.az-ın məlumatına görə, bunu Makedoniya milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu İlya Nestorovski deyib.
 
Hücumçu Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Makedoniya yığmasının məşqlərə ciddi şəkildə hazırlaşdığını və komandanın qarşıdakı oyunlarda qələbə qazanacağına inandığını deyib: "Finlandiya güclü rəqibdir. Bu komanda ilə oyuna ciddi hazırlaşırıq. Onların oyunlarını analiz etmişik. Güclü və zəif tərəflərini bilirik. Hesab edirəm ki, biz qazanacağımız qələbə ilə əla atmosferi daha da yaxşılaşdıracağıq. Bu, Azərbaycanla oyunöncəsi əla motivasiya olacaq."
 
Qeyd edək ki, Makedoniya millisi Finlandiya ilə bu gün "Qloriya Arena"sında üz-üzə gələcək. Komanda martın 27-də isə Azərbaycan millisi ilə "Mardan" stadionunda qarşılaşacaq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31