9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Yap Stam qovuldu

İngiltərənin “Redinq” klubu baş məşqçisi Yap Stamı postundan uzaqlaşdırıb. Futbolxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda hollandiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi bildirilir.
 
Qeyd edək ki, Stam “Redinq”i 2016-cı ilin iyun ayından çalışdırırdı. Əvvəllər ölkəsində “Zvolle” və “Ayaks” klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərmiş 45 yaşlı mütəxəssis üçün “Redinq” baş məşqçilik etdiyi ilk komanda idi. Lakin komandanın cari mövsüm Çempionşipdə 38 oyundan sonra 36 xalla 24 kollektiv arasında 20-ci pillədə qərarlaşması klub rəhbərliyini baş məşqçi dəyişikliyinə əl atmaq məcburiyyətində qoyub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30