9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Atletiko” rəsmisi: “Azərbaycanla əməkdaşlıq uğurumuzda böyük rol oynadı”

"Atletiko” Futbol Akademiyasının rəhbəri Antonio Rivera açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, İspaniya mətbuatına açıqlamasında  Azərbaycanla əməkdaşlığın "Atletiko"ya uğur gətirdinini bildirib: 
 
“Tərəfdaşlarımızla əməkdaşlıq həm bizə, həm də onlara çox şey qazandırıb. Yəqin ki, əksəriyyət bir neçə il əvvəl formamızın üzərində “Land of fire Azerbaijan” yazılı reklamın yerləşdirildiyini hələ də xatırlayır. Azərbaycanla əməkdaşlıq uğurumuzda böyük rol oynadı. Bu əməkdaşlıq hər iki tərəf üçün faydalı oldu. Azərbaycanın dünyada tanınması artdı. Ora turist axını oldu ki, “Atletiko”nun bunda köməyi var. İndi sponsorumuz fərqlidi. Ancaq Azərbaycan tərəfi ilə hələ də yaxşı əlaqələrimiz var. Biz bunu yüksək qiymətləndiririk”.
 
Qeyd edək ki, "Atletiko" 2013-cü ilin əvvəlindən 2015-ci ilin iyunun 1-nə qədər oyunlara üzərində "Land of Fire Azerbaijan" (Odlar Yurdu Azərbaycan), qısa bir dövrdə isə “Baku-2015” yazılı formalarla çıxıb. Həmin layihənin müəllifi, "Baghlan Group"un və “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədov olub. Lakin H.Məmmədov ciddi maliyyə problemləriylə üzləşdiyi üçün "Atletiko" ilə uğurlu əməkdaşlığı dayandırmaq məcburiyyətində qalıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30