29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Türkiyə I Liqasının oyunu yarımçıq dayandırılıb

Futbol üzrə Türkiyə I Liqasında XXVI turun "Ankaragücü" - "Adanaspor" matçı yarımçıq dayandırılıb.
 
Futbolxeber.az xəbər verir ki, buna elektrik enerjisinin kəsilməsi səbəb olub. Ankarada "19 may stadionu"ndakı qarşılaşmanın 10-cu dəqiqəsində şəhər şəbəkəsindən gələn elektirk enerjisi kəsildiyi üçün oyunda 10 dəqiqəlik fasilə yaranıb.
 
Generatorun işə düşməsindən sonra davam edən görüşün 33-cü dəqiqəsində Yusif Abdioğlu "Ankaragücü"nü hesabda önə keçirib. Lakin 40-cı dəqiqədə generatorda da problem yarandığı üçün matç təkrar dayanıb və baş hakim Bülent Birincioğlu komandaları paltardəyişmə otağına göndərib.
 
Qaydalara əsasən, problem 20 dəqiqə ərzində aradan qaldırılmadığı üçün oyun yarımçıq dayandırılıb. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 15:30-dan etibarən qaldığı yerdən davam etdiriləcək.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31