29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

MS və "Yuventus" 1/4 finalda

Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinda daha iki cavab oyunu baş tutub. Futbolxeber.az xəbər verir ki, bu gün növbəti 1/4 finalçıların adına aydınlıq gəlib. Hər iki oyun İngiltərədə baş tutub.
 
 
“Tottenhem” doğma meydanda İtaliya çempionu “Yuventus”la qarşılaşıb. Turində keçirilən oyunda bu komandalar hərəyə 2 dəfə fərqlənsələr də, qalibi müəyyənləşdirə bilməmişdilər. Cavab görüşündə hesabı meydan sahibləri açıblar. Amma qalan dəqiqələrdə 2 qol vuran turinlilər əzmkar qələbə ilə növbəti mərhələyə vəsiqə qazanıblar.  
 
“Mançester Siti” isə İsveçrənin “Bazel” klubu ilə formal xarakter daşıyan cavab görüşünə çıxıb. İngiltərə klubu doğma meydanda bu rəqiblə bacarmayıb. Amma gözlənilməz məğlubiyyətə baxmayaraq, MS 1/4 finala vəsiqəni təmin edib.
 
Xatırladaq ki, daha öncə İngiltərənin “Liverpul” və İspaniyanın “Real” klubu da ÇL-in 1/4 finalına vəsiqə qazanmışdı.
 
UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları
7 mart
 
“Tottenhem” - “Yuventus” 1:2 (ilk oyun 2:2)
Qol: Hunq-Min Son, 39 - Qonsalo İquayn, 64. Paulo Dibala, 67.
 
“Mançester Siti” - “Bazel” 1:2 (ilk oyun 4:0)
Qol: Qabriel Xesus, 8 - Mohamed Elyunussi, 17. Mixael Lanq, 71.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31