29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“Real” və “Liverpul” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.
 
Futbolxeber.az-ın məlumatına görə, keçirilən iki oyunla 1/4 finala yüksələn iki komandanın adı məlum olub.
 
Əsas diqqətlər Parisə yönəlib. Burada Fransa nəhəngi PSJ turnirin son qalibi “Real”la (İspaniya) üz-üzə gəlib. Madirddə keçirilən ilk görüşdə 1:3 hesabı ilə uduzan fransızların mərhələ adlamaq şansları elə də yüksək qiymətləndirilmirdi. Gözlənildiyi kimi, PSJ sürprizə imza ata bilməyib. Əksinə, səfərdə də qələbə qazanan madridlilər 1/4 finala yüksəliblər.
 
Günün digər matçı İngiltərənin “Liverpul” və Portuqaliyanın “Porto” klubları arasında keçirilib. Səfərdə keçirilən ilk oyunda 5 cavabsız qolla qalib gələn “qırmızılar”ın növbəti mərhələyə vəsiqəni əldən verməsi inandırıcı görünmürdü. Düzdü, cavab görüşündə ingilislər qol vura bilməyiblər. Amma qolsuz heç-heçə “Liverpul”un mərhələ adlamasına mane olmayıb.
 
6 mart
 
Çempionlar Liqası
 
1/8 finalın cavab oyunları
 
PSJ (Fransa) – “Real” (İspaniya) 1:2
Qollar: Ronaldo, 51 (0:1), Kavani, 71 (1:1), Kazemiro, 80 (1:2)
İlk oyun – 1:3
 
“Liverpul” (İngiltərə) – “Porto” (Portuqaliya) 0:0 
İlk oyun – 5:0



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31