9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Xarici futbol

Sabiq “Xəzər Lənkəran”lı həbs oluna bilər

Tanınmış türkiyəli futbol mütəxəssisi, “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər. Futbolxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb həyat yoldaşı Evin Elçinin Dənizlidən şikayət etməsi olub. 
 
Həyat yoldaşı Dənizlinin pul qarşılığında İstanbuldakı evlərini girov qoyduğunu və onun imzasını saxtalaşdırdığını iddia edib. 69 yaşlı məşqçinin qızının ailəsi çətin vəziyyətdə olduğu üçün belə bir addım atdığı, ona bu işdə bank əməkdaşının yardım etdiyi ərizədə öz əksini tapıb.
 
Artıq İstanbul Ədliyyə Cəza Məhkəməsi iddianaməni qəbul edib. Bu ittihamla Mustafa Dənizlini 1 ildən 3 ilə qədər həbs cəzası gözləyir.
 
Mustafa Dənizli 2013/14 mövsümündə Azərbaycanın “Xəzər Lənkəran” klubunun baş məşqçisi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30