29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

“İlk görüşdə klounlar kimi oynadıq”

“Napoli”nin baş məşqçisi Mauritsio Sarri Avroliqanın 1/16 final mərhələsinin cavab görüşü çərçivəsində “Leyptsiq”ə qarşı keçirəcəkləri oyundan danışıb.

Futbolxeber.az saytının “Football İtalia”ya istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis ilk matçda Bundesliqa təmsilçisinə qarşı bərbad oynadıqlarını vurğulayıb:

“İlk matçda biz klounlar kimi oynadıq. Bunun da 70 faiz günahkarı mənəm. Günahın 10 faizi isə komandadı. Cavab oyununda meydana istəkli çıxmalı və gücümüzü sübuta yetirməliyik. Ümid edirəm ki, sonluq bizim üçün uğurlu alınacaq və növbəti mərhələyə adlayacağıq.  

Şansları faizlə dəyərləndirmək çətindir. Amma cütün aşkar favoriti “Leyptsiq”dir. Oyunlarımızı ev və ya səfər matçı deyə bölmürük. Əsas olan istədiyimiz kimi çıxış etməkdir”.

“Napoli”nin çalışdırıcısı bildirib ki, komandası əsas diqqətini “A” seriyasına yönəldib:

“Ötən cümə axşamı çempionat oyunundan sonra gücümüzü bərpa edə bilməmişdik. Etiraf edim ki, əsas diqqətimizi “A” seriyasına yönəltmişik. Təəssüf ki, bütün turnirlərdə maksimum güclə mübarizə aparmaq olmur. Düşünürəm ki, bizim azarkeşlərimizi yalnız Skudetto maraqlandırır”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31