Xarici futbol
Belarus yığmasının baş məşqçisi: "Bakıya ən güclü heyətlə gələcəyik"
"Hazırda Antalyadayam. Burada təlim-məşq toplanışında olan müxtəlif klubların heyətindəki yığmaya namizədləri izləyirəm. Ölkə çempionatında mübarizə aparan 16 komandadan 5-i buradadır".
Futbolxeber.az saytının məlumatına görə, bunu müsahibəsində futbol üzrə Belarus milli komandasının baş məşqçisi İqor Kriuşenko deyib. 54 yaşlı mütəxəssis martın 23-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisi ilə keçirəcəkləri yoldaşlıq görüşü ərəfəsində digər sualları da cavablandırıb...
- Milliniz daha çox hansı klubların futbolçularından formalaşıb?
- Belarusdan, əsasən, 4 klubdur – BATE, Minsk “Dinamo”su, Soliqorsk “Şaxtyor”u və “Dinamo-Brest”. Bu kollektivlər hazırda ölkə çempionatında ilk “4-lük”də qərarlaşıblar. Yığmanın qalan üzvləri ölkə xaricində çıxış edən legionerlərdir. Onlar da müəyyən saydadır.
- Azərbaycan millisi ilə oyuna hazırlıq planınız necədir?
- Martın 12-də Minskdə bir araya gələcəyik. Bir həftləlik hazırlıq prosesindən sonra ayın 20-də Bakıya uçacağıq. Paytaxtınızda iki gün məşq edib, oyuna çıxacağıq.
- Yığmanın heyətini nə vaxt açıqlayacaqsınız?
- Adətən toplanışa 10 gün qalmış açıqlayırıq. Zədə və ya hansısa xoşagəlməz hal baş verməsə, Bakıya ən güclü heyətlə gələcəyik. Çünki oyun FİFA-nın rəsmi pəncərəsinə təsadüf edir.
- Azərbaycan millisi ilə oyun sizin üçün nə dərəcədə əhəmiyyətlidir?
- Azərbaycanla oyun Millətlər Liqasında hazırlıq mərhələsidir. Yığmanız səviyyə baxımından həm bizə, həm də qrupdakı rəqiblərimizə - Lüksemburq, Moldova və San Marinoya yaxındır.
- Bu matçın təşkili necə alındı?
- Bu, hər iki ölkənin milli assosiasiyaları səviyyəsində həll olunan məsələdir. Tərəflər üçün münasib olduğu üçün razılıq əldə ediblər.
- Azərbaycan millisinin səviyyəsini necə qiymətləndirirsiniz?
- Qiymətləndirməkdə çətinlik çəkirəm. Çünki hələ yığmanızın oyunlarına baxmamışam. Antalyadan qayıdandan sonra birbaşa bu işlərlə məşğul olacaq və Azərbaycanın da görüşlərini izləyəcəyəm. Bundan sonra nə isə deyə bilərəm.
- Bəs Azərbaycan futbolu barədə məlumatlısınız?
- O qədər də çox bilgim yoxdur. Bilirəm ki, “Qarabağ” pis komanda deyil, avrokuboklarda yetərincə yaxşı, layiqli səviyyədə çıxış edib. Amma Azərbaycan çempionatı ilə yaxından tanış deyiləm.
- Futbolçu olduğunuz dönəmlərdə Azərbaycan komandalarına qarşı oynamısınız?
- Bəli, olub. Minsk “Dinamo”sunun əvəzedici heyətində “Neftçi”yə qarşı çıxış etmişəm. Yeniyetmə yaşlarımda Spartakiadalarda da bu cür matçlar olub. Tam olaraq xatırlamıram, xeyli vaxt keçib.
- Son illər Belarus futbolunda böhran müşahidə olunmaqdadır. Yığma və klublarınız əvvəlki səviyyədə çıxış etmirlər. Bu, nə ilə bağlıdır?
- Buna səbəb əvvəlki ilə müqayisədə istedadlı nəsilin hələ yetişməməsidir. Həmçinin, postsovet ölkələrində uşaq futbolundakı məşqçi böhranı da öz təsirini göstərib. İndi bunun əziyyətini çəkirik. Düşünürəm ki, ən çox bununla əlaqədardır.
- Belarus prezidenti Aleksandr Lukaşenko digər növlərlə müqayisədə futbol komandalarınızın çıxışının zəif olduğunu bildirib...
- Deyibsə, deməli elədir. Onun nəyisə mühakimə etmək, fikrini söyləmək hüququ var. Bunu müzakirə etmək, ümumiyyətlə, bu suala cavab vermək istəmirəm.
report.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- Mövsümün bəxtsizi - “Səbail”
-
18:49
Azərbaycan cüdoçuları Avropa Kata çempionatında iştirak edəcək
-
17:18
"Şamaxı" daha bir futbolçu ilə vidlaşdı
-
16:23
"Zirə" onlarla yollarını ayırdı
-
15:52
Azərbaycanın kişi və qadın basketbol milliləri yarımfinala vəsiqə qazanıb
-
15:36
Azərbaycan atleti Avropa çempionatında finala yüksəlib
-
13:07
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
-
12:45
“Millimiz ən azı dördlüyə düşməli idi” - Mütəxəssis rəyi
-
10:24
"Qarabağ"ın qapıçısı Avro-2024 üçün yekun heyətdə
-
09:51
"Qarabağ"ın yarımmüdafiəçisi Kameruna qarşı oynadı
-
09:30
Azərbaycanın qadın cüdoçuları Paris Olimpiadasına hazırlıq keçiblər
-
23:54
Murad Məmmədov reytinq turnirinin qalibi oldu
-
21:00
Millimizin heyətində dəyişiklik
-
20:37
Azərbaycanın paraüzgüçüsü Fransada gümüş medal qazanıb
-
20:21
Ardıcıl üçüncü qələbə
-
18:18
Avropa Kuboku: Azərbaycan millisi ilk oyunda qələbə qazanıb
-
16:02
Azərbaycanın amputant millisi Avropa çempionatında 10-cu oldu
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı