29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Ronaldonun növbəti rekordu

"Real"ın portuqaliyalı futbolçusu Kriştiano Ronaldo növbəti rekorda imza atıb.
 
Futbolxeber.az saytının məlumatına görə, 33 yaşlı portuqaliyalı hücumçu Çempionlar Liqasında (ÇL) bir klubda 100 qol vuran ilk futbolçu olub. 
 
Ronaldo bunu PSJ ilə 1/8 final matçında 45-ci penaltidən hesabı 1:1 etməklə reallaşdırıb. O, 83-cü dəqiqədə etdiyi dublla komandasını hesabda irəli çıxarıb. Madridlilər yekunda 3:1 hesabı iə qalib gəlib.
 
Kriştianoya 100 qol həddinə çatmaqla bağlı tarixi rekorda imza atmaq üçün 9 ildir çıxış etdiyi "Kral Klubu"nun heyətində ÇL-də 95 oyun keçirmək lazım gəlib. O, bu matçlarda 30 məhsuldar ötürmə edib.
 
Qeyd edək ki, Ronaldo ÇL-də Lissabon "Sportinq"i və "Mançester Yunayted"in heyətində də oynayıb və ümumilikdə 147 matçda 116 qol vurub, 39 məhsuldar ötürməsi olub.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31