29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Messi “Qızıl Top”a namizədlərini açıqladı

“Barselona”nın və Argentina millisinin hücumçusu Lyonel Messi bu il üçün “Qızıl Top” mükafatı uğrunda rəqiblərini açıqlayıb.
 
Futbolxeber.az saytının məlumatına görə, son 10 ildə mükafatı “Real”ın hücumçusu Kriştyanu Ronaldu ilə bölüşən Leo xarici mətbuata açıqlamasında bu il mükafat uğrunda mübarizənin daha gərgin keçəcəyini bildirib:
 
“Hazırda dünyada “Qızıl Top”u qazana biləcək çox oyunçu var. Son illərdə iki futbolçu arasında bölüşdürüldü, ancaq indi Neymar, Kilyan Embape və Luis Suares kimi oyunçular da əsas namizədlərdir”.
 
Messi cari mövsümdə şans qazandığı 36 oyunda 27 qol vurub, 14 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, son 10 ildə “Qızıl Top” mükafatını ancaq Lyonel Messi və Kriştyanu Ronaldu qazanıb. Argentinalı və portuqaliyalı hücumçular hərəyə beş dəfə bu mükafata yiyələniblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31