29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Bultuis: "Qəbələ"yə keçidim tamamilə maliyyəylə bağlı məsələ idi"

“Mənim üçün futbol daha önəmlidir. Yaxşı oyun göstərmək vacibdi”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”dən ayrılaraq Hollandiyanın “Herenveen” klubuna keçən müdafiəçi Deyv Bultuis deyib.
 
Hollandiyalı sol cinah müdafiəçisi ölkəmizdə keçirdiyi günləri xatırlayıb: “Azərbaycanda oynamaq fərqlidi. Çünki burada bu idman növünə heyranlıq yoxdu. Çempionat oyunlarına maksimum 500-1000 nəfər adam gəlir. Bu da mənim üçün qərinə idi. Həyat isə yaxşıdır. Bakı böyük şəhərdir və havalar çox yaxşı keçir. Futbol isə Qərbi Avropada oynanılan futbola oxşamır. Ona görə də geri döndüyümə sevinirəm. Amma orada xeyli vaxt itirdim”.
 
Bultuis “Qəbələ”yə keçidinin də səbəblərini açıqlayıb: “Mən burada yalan söyləmək məcburiyyətində deyiləm. “Qəbələ”yə keçidim tamamilə maliyyəylə bağlı məsələ idi. Keçdim və indi “Herenveen”də oynayacağım üçün xoşbəxtəm. Amma heç bir şeyə peşman deyiləm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31