8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

İngiltərədə transfer rekordu

İngiltərə Premyer Liqası klubları qış fasiləsində transferlərə ümumilikdə 430 milyon funt-sterlinq pul xərcləyiblər. Futbolxeber.az saytının məlumatına görə, bu, yeni rekord deməkdi.
 
Belə ki, indiyə qədər qış transferlərinə ən çox xərc 2011-ci ildə çəkilmişdi – 225 milyon funt-sterlinq. Ancaq bu dəfə klublar həmin rekordu 2 dəfəyə yaxın üstələyiblər.
 
Bu qış adanın ən bahalı transferi Vircil van Diyk olub. O, “Sauthempton”u “Liverpul”a 75 milyon funt-sterlinqə dəyişib. Emerik Lyaport “Atletik”dən “Mançester Siti”yə 57, Pyerr-Emerik Obameyanq isə Dortmund “Borussiya”sından “Arsenal”a 56 milyon qarşılığında keçib.
 
Premyer Liqa klublarının qış transferlərindən ümumi gəliri isə 340 milyon funt-sterlinq təşkil edib ki, bu da yeni rekorddu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30