29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Poqba millimizin üzvü ilə komanda yoldaşı oldu

Türkiyənin “Gənclərbirliyi” klubu bu qış növbəti transferini rəsmiləşdirib. Futbolxeber.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Sent-Etyen” klubundan Florentin Poqbanı heyətinə qatıb. Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 
 
İngiltərənin “Mançester Yunayted” klubunda çıxış edən məşhur futbolçu Pol Poqbanın qardaşı olan Florentin Türkiyə təmsilçisi ilə 1,5 illik müqaviləyə imza atıb.
 
Peşəkar karyerasına İspaniyanın “Selta” klubunda başlayan Poqba daha sonra Fransanın “Sedan” komandasında çıxış etməyə qərar verib. O, “Sent-Etyen”ə 2012-ci ildə məhz bu klubdan keçmişdi. Cari mövsümdə zədə səbəbindən çox forma şansı qazanmayan futbolçu Liqa 1-də cəmi 5 oyuna çıxıb.
 
Qvineyada anadan olan 27 yaşlı müdafiəçi Fransanın U-20 yığmasında 3 oyun keçirib. Lakin daha sonra doğma vətəni Qvineyanın yığma komandasını seçən Florentin bu kollektivlə 20 oyuna çıxıb.
 
Qeyd edək ki, “Gənclərbirliyi”nin bu qış fasiləsi zamanı heyətinə qatdığı futbolçulardan biri də Azərbaycan yığmasının hücumçusu Dəniz Yılmazdı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31