8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Useyn Bolt CAR futbol klubu ilə məşq edib

Atletika üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Cənubi Afrika Respublikasının (CAR) "Mamelodi Sundaunz" klubunun məşqində iştirak edib. 
 
Futbolxeber. az saytının məlumatına görə, artıq idmançı karyerasını başa vurmuş yamaykalı sprinterin səfəri ortaq sponsor şirkətinin təşəbbüsü ilə gerçəkləşib.
 
Hər zaman futbola sevgisini bəyan edən Bolt CAR Premyer Liqasının lideri ilə məşq edib. Hazırlıq prosesində "Qarabağ"a transferi gündəmdə olan zambiyalı hücumçu Xama Billiat da yer alıb.
 
Bolt məşqdən sonra keçirdiyi mətbuat konfransında futbol oynamaq üçün öz fiziki hazırlığı üzərində çalışmasının vacibliyini bildirib. O, komanda üzvlərinin mehriban münasibətini və məşqin şən keçdiyini vurğulayıb.
 
Qeyd edək ki, Useyn Bolt 2017-ci il dünya çempionatından sonra karyerasını başa vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30