9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

DÇ-2018-in 31-ci iştirakçısı müəyyənləşdi

Gələn il Rusiyada keçiriləcək dünya çempionatının daha bir iştirakçısı müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, pley-off mərhələsinin cavab oyununda Avstraliya öz meydanında Hondurası qəbul edib. İlk görüş qolsuz bərabərliklə tamamlanmışdı. Cavab oyununda isə Avstraliya 3:1 hesablı qələbə qazanmaqla mundiala yüksəlib.

Bununla da DÇ-2018-ə vəsiqəni təmin edən komandaların sayı 31-ə çatıb:

Rusiya (təşkilatçı ölkə), Almaniya, İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, Argentina, Braziliya, Misir, İran, Kolumbiya, Kosta-Rika, Meksika, Nigeriya, Panama, Səudiyyə Ərəbistanı, Uruqvay, Cənubi Koreya, Yaponiya, Seneqal, Tunis, Mərakeş, İsveçrə, Xorvatiya, İsveç, Danimarka, Avstraliya.

Qeyd edək ki, DÇ-2018-in son iştirakçısı sabah səhər Bakı vaxtı ilə start götürəcək Peru - Yeni Zelandiya matçından sonra müəyyənləşəcək. İlk matçda hesab açılmayıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30