28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Prosineçki millinin baş məşqçisi olmaq üçün 800 min avro tələb edib

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasının sükanı arxasına keçə bilər.
 
Futbolxeber.az-ın verdiyi məlumata görə, xorvatiyalı mütəxəssis ildə 800 min avro əmək haqqı qarşılığında bu postu tutmağa hazır olduğunu bildirib.
 
Lakin Sloveniya Futbol İttifaqının (NZS) prezidenti Rade Miyatoviç bildirib ki, bu qədər məbləği ödəmək imkanında deyillər: "Mən Prosineçkinin 800 min avro istədiyini bilmirəm. NZS-in maliyyə durumu elə də yaxşı deyil. Biz belə yüksək vəsaiti xərcləyə bilmərik".
 
Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə Robert Prosineçki ilə yanaşı, İvitsa Osim, Çiro Blajeviç, Matyaj Kek, Saffet Suşiç və Marsel Koler də namizəd göstərilir. NZS-in illik əmək haqqı maksimum 300 min avro olan baş məşqçi axtarışında olduğu bildirilir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31