8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

“Qızıl top” mükafatına ilk 5 namizəd

“France Football” nəşri hər il dünyanın ən yaxşı futbolçusuna təqdim edilən “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlamağa başlayıb.
 
Futbolxeber.az xəbər verir ki, hələlik açıqlanan “beşlik”də 222 milyon avroya İspaniyanın “Barselona” komandasından Fransa təmsilçisi PSJ-yə transfer olunan Neymar da yer alıb.
 
Braziliyalı ilə yanaşı, İspaniya “Real Madrid”indən Luka Modriçlə Marselo, İngiltərə təmsilçisi “Çelsi”dən N`Qolo Kante və İtaliyanın “Yuventus” klubundan Paulo Dibala siyahıda yer alıb.
 
Namizədlərin yekun siyahısındakı qalan 25 futbolçu gün ərzində açıqlanacaq.
 
Qeyd edək ki, “France Football” 1956-cı ildən “Qızıl top” mükafatını təqdim edir. 2008-ci ildən dünyanın ən yaxşı futbolçusu adına “Barselona”nın kapitanı Lionel Messi ilə “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu layiq görülüblər. Argentinalı 5, portuqaliyalı isə 4 dəfə “Qızıl top” alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30