28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Adrian Pit: “Xəzər Lənkəran” indi Premyer Liqada olsaydı…”

Ölkəmizdə çıxış etmiş ən tanınmış futbolçulardan biri də Adrian Pit olub.
 
Vaxtilə İtaliyanın “Roma” klubunda çıxış etmiş rumıniyalı yarımmüdafiəçi 4 il “Xəzər Lənkəran”ın formasını geyindi. Futbolxeber.az xəbər verir ki, hazırda öz ölkəsində aşağı liqa klubunda oynayan Pit  açıqlama verib. O, öncə “Xəzər Lənkəran”ın hazırda fəaliyyət göstərməməsindən danışıb: 
 
“Xəzər Lənkəran”ın necə güclü və vacib komanda olduğunu hamımız yaxşı bilirik. Çox təəssüf ki, bu komanda hazırda Premyer Liqada yoxdu. “Xəzər Lənkəran” Premyer Liqada çıxış etsəydi, Azərbaycan çempionatı tamam başqa cür olardı. Amma nə etmək olar? İndiki vəziyyət belədi”.
 
Pit ötən gün milli karyerasını başa vuran Rəşad Sadıqov barədə də fikir bildirib: “Təbii ki, bu, Azərbaycan futbolu üçün böyük itkidi. Çünki Rəşad Azərbaycan və milli üçün çox önəmli biri idi. Azərbaycanda yerli oyunçular arasında oynadığım ən güclü rəqiblərdən idi. Sadıqov azərbaycanlı gənc futbolçulara əsl örnək biridi. Rəşad kimi ikinci oyunçunun Azərbaycanda olduğunu söyləyə bilmərəm. Onun millidəki karyerası normal yox, sadəcə, əladı. Ona təşəkkür etmək lazımdı”.
 
“Roma” mənim sabiq komandamdı. “Qarabağ”a qarşı illərlə oynamışam. “Qarabağ”ın da bu səviyyəyə illər sonra əziyyətlə gəldiyini deyə bilərəm. “Roma”ya ilk oyunda uduzsalar da, ikinci görüşdə də “Qarabağ” xal qazanmaq üçün oynayacaq”.

dsport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31