28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Marek Suxi: “Həmin epizodda penalti yox idi”

Çexiya millisinin kapitanı Marek Suxi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Bakıda Azərbaycan üzərindəki qələbədən (2:1) sonra jurnalistlərə müsahibə verib. 
 
- Çox maraqlı oyun alındı. Bizim qol vurmaq üçün çox imkanımız var idi, nəinki rəqibin. Layiqli qələbə qazandıq. 
 
- Qapınıza təyin olunan penaltini haqlı hesab edirsən?
 
- (gülür) Xeyr, orada penalti yox idi. Azərbaycan millisinin oyunçusu sadəcə, simulyasiya etdi. Təəssüf ki, baş hakim epizodu düzgün qiymətləndirmədi.
 
- Sizin vurduğunuz ikinci qol zamanı necə, Azərbaycan millisinin kapitanına qarşı qayda pozuntusu yox idi?
 
- Orada mübarizə gedirdi. Epizoddan uzaq olduğuma görə, deyə bilmərəm, orada qayda pozuntusu var idi, yoxsa yox. Baş hakim qayda pozuntusu da qeydə ala bilərdi. Amma bu penalti qərarı kimi böyük səhv deyildi. 
 
- Oyundan öncə hər şeyin belə asan alınacağını düşünürdünüz?
 
- Xeyr. Axı Azərbaycan yaxşı komandadı. Bizim güclü olduğumuzu düşünürdüm. Amma bunu sübut etmək lazım idi.
 
- Azərbaycan millisindən hansı oyunçunu xüsusi qeyd edərdin?
 
- Komanda futbol oynamağa çalışır. Əsasən də hücuma çıxanda. Məncə, Azərbaycan millisinin ən təhlükəli oyunçusu Əfran İsmayılovdu. Riçard Almeyda da yaxşıdı, yaxşı ötürmələr verməyi bacarır. 
 
- Azərbaycan qrupda hansı yerə layiqdi?
 
- Dördüncü.
 
- Çexiya millisi Azərbaycan üzərindəki qələbəyə görə mükafat alacaq?
 
- Üç xala görə mükafat alacağıq. Qrupdan çıxmağa görə daha yaxşı mükafat olardı, amma üç xala görə verilən mükafat da normaldı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31