29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Çexiya millisinin heyətində 2 futbolçu dəyişikliyi edilib

Azərbaycan və San Marino yığmaları ilə keçirəcəyi 2018-ci il dünya çempionatının seçmə qrup oyunları ərəfəsində futbol üzrə Çexiya milli komandasının heyətində 2 futbolçu dəyişikliyi edilib.
 
Futbolxeber.az saytının verdiyi məlumata görə, müdafiəçi Teodor Gebre Selassi ilə hücumçu Milan Şkoda heyətdən çıxarılıb.
 
Gebre Selassi ailə məsələləri, Şkoda isə zədə üzündən komandanı tərk edib. Onları Vatslav Kadlets və Yan Sikora əvəzləyib. 
 
"Sparta"nın hücumçusu Kadlets bir ildən sonra yığmaya qayıdıb. O, sonuncu dəfə ötən il oktyabrın 11-də elə Azərbaycan millisinə qarşı forma geyinib. Həmin vaxt oyun qolsuz yekunlaşıb. Kadletsin aktivində ümumilikdə 3 qol var.
 
33 yaşlı Sikora isə sonuncu dəfə martda Litvaya 3:0 hesabı ilə qalib gəldikləri yoldaşlıq görüşündə çıxış edib. O, səhhətindəki problemləri yoluna qoyduqdan sonra "Slaviya"nın heyətinə qoşulub. Təcrübəli müdafiəçi yığmada 4 matça çıxıb.
 
Qeyd edək ki, Çexiya oktyabrın 5-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq. Oktyabrın 8-də isə Karel Yarolimin baş məşqçi olduğu kollektiv San Marinonu qəbul edəcək.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31