29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Almaniya çempionatında “Fair Play” qaydalarına zidd qol vurulub

Futbol üzrə Almaniya çempionatının III Divizionunda VII tur çərçivəsində keçirilmiş “Karl Tseynss” – “Meppen” görüşündə “Fair Play” qaydalarına zidd olan qol vurulub.
 
Futbolxeber.az xəbər verir ki, matçın 57-ci dəqiqəsində 2:0 hesabı ilə öndə olan qonaqların futbolçusu Martin Vaqner meydan sahiblərindən Yulian Şmidt zədələnərək yerdə qaldığı üçün topu saxlayıb. Lakin həmin vaxt “Karl Tseyss”in hücumçusu Soren Eysman topu götürərək, irəliləyib və rəqib qapısıdan keçirib.
 
“Meppen”nin məşqçilər korpusunun və futbolçularının etirazına baxmayaraq, baş hakim qolu qeydə alıb. Üstəlik, Eysman 82-ci dəqiqədə "dubl" edərək, hesabı bərabərləşdirməyə də müvəffəq olub - 2:2.
 
Qeyd edək ki, 8 turdan sonra “Karl Tseyss” 6 xalla sonuncu yerdədir. “Meppen” isə 9 xalla 10-cudur.
 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31