28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Ukraynalı futbolçu: “Qarabağ” “Liverpul” deyil"

“Çempionlar Liqasının III təsnifat mərhələsində “Kopenhagen”i evdə məğlub etsək də, səfərdə bu üstünlüyü qoruya bilmədik”.
 
Futbolxeber.az xəbər verir ki, bu fikirləri Makedoniyanın “Vardar” klubunun futbolçusu Yevgeni Novak deyib. Avropa Liqasının qrup mərhələsində mübarizə aparan Makedoniya təmsilçisi ilk turda öz meydanında “Zenit”ə böyük hesabla (0:5) məğlub olub.
 
Qarşılaşmadan sonra Rusiya mətbuatına danışan Novak məyus olduqlarını vurğulayıb. Ukraynalı müdafiəçi ÇL-in qrupuna yüksələ bilmədikləri üçün hədəflərinə çatmadıqlarını bildirib:  “Hər şey öz əlimizdə idi. Avropa Liqasının yox, Çempionlar Liqasının qrup mərhələsinə keçmək istəyirdik. Bunun üçün yaxşı şansımız olsa da, istifadə edə bilmədik. “Kopenhagen”i üstələsəydik, pley-off mərhələsində “Qarabağ”la qarşılaşa bilərdik. Bu komandanı isə keçmək olardı. Çünki “Qarabağ” “Liverpul” deyil”.
 
Qeyd edək ki, “Vardar” Avropa Liqasının pley-off mərhələsində “Fənərbaxça”ya qalib gələrək, qrupa adlayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31