29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Frenk Lempard: "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz"

İngiltərənin "Çelsi" klubunun sabiq futbolçusu Frenk Lempard "zadəganlar"ın Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda "Qarabağ"la keçirdiyi oyun barədə danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, hazırda BT Sport telekanalının eksperti kimi çıxış edən London təmsilçisinin keçmiş kapitanı Ağdam komandasının çıxışından narazılıq ifadə edib.
 
Lempardın fikrincə, "Qarabağ" heç vaxt "Çelsi" ilə eyni səviyyədə ola bilməz: "Onlar qılıncın küt tərəfini qaldırmışdılar. Çox pis, dəhşət doğuracaq müdafiə taktikası seçmişdilər. İngiltərənin "Sandey Liqası"nda (daha aşağı səviyyəli həvəskar komandaların yarışdığı liqa) elə komandalar var ki, daha mütəşəkkil müdafiə olunurlar".
 
Qeyd edək ki, "Çelsi" "Qarabağ"a 6:0 hesabı ilə qalib gəlib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31