9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

"Bütün rəqiblərimiz güclüdür"

“Məşqlərdə çox çalışırıq. Bunun bəhrəsini meydanda görməliyik. Komandamız üçün nəticə qazanmaq vacibdir. Sabah da bunu etməyə çalışacağıq”.
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Çelsi”nin kapitanı Qari Keyhill Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda sabah “Qarabağ"la keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında deyib.
 
İngiltərə millisinin üzvü qrupdakı bütün rəqiblərin güclü olduğunu bildirib: "Çətin qrupda yer almışıq. Çempionlar Liqasında qarşına asan rəqib çıxmır. Hər biri güclüdür. Bizim bu qrupda necə çıxış edəcəyimiz hamı üçün maraqlıdır.  Keyfiyyətli komandamız var. Çempionlar Liqasına qayıdışımızı səbirsizliklə gözləyirik. Yenidən ÇL-də olduğumuz üçün şadıq. Bu turnirdən həzz alırıq".
 
Təcrübəli müdafiəçi ÇL-dəki hədəflərini də açıqlayıb: “Ötən mövsüm ÇL-dən kənarda qalmışdıq. Digər komandaların oyunlarını görəndə bizim də ürəyimizdən bu turnirdə iştirak etmək keçirdi. Olmalı olduğumuz yerə qayıtdıq. Qrup mərhələsindəki ilk matçı səbirsizliklə gözləyirik. Karyeram ərzində qazandığım ən dəyərli medalların sırasında ÇL-in medalı da var. Çempionlar Liqasında ən yaxşı komandalara qarşı oynayırsan. Həm futbolçular, həm də azarkeşlər üçün bu cür matçlar çox maraqlı olur”. 
 
Qeyd edək ki, sabah keçiriləcək "Çelsi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. 

qol.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30