9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

Eden Azar “Qarabağ”la oyundan öncə: “Çelsi” tam hazırdı

“Ötən il avrokubokda çıxış etmədiyimizdən, çempionat oyunlarına hazırlaşmaq üçün vaxtımız çox idi. Bu mövsüm isə elə olmayacaq”.
 
Futbolxeber.az saytı xəbər verir ki, bu sözləri “Çelsi”nin futbolçusu Eden Azar deyib.
 
Belçikalı yarımmüdafiəçinin komandası Çempionlar Liqasının (ÇL) qrup mərhələsində ilk oyununu sabah “Qarabağ”a qarşı keçirəcək.
 
İngiltərə mətbuatına açıqlama verən Azar cari mövsümün onlar üçün daha çətin keçəcəyini bildirib: “Bu il Çempionlar Liqasında da mübarizə aparacağıq. Ötən illə müqayisədə bizim üçün fərqli mövsüm olacaq. Təbii ki, bundan şikayətlənmirik. Çünki hər futbolçu Çempionlar Liqasında oynamaq istəyir”.
 
26 yaşlı oyunçu Çempionlar Liqasının qalibi olmaq üçün əllərindən gələni edəcəklərini deyib. O, karyerası ərzində qazandığı mükafatların sırasına ÇL-in kubokunu da əlavə etmək arzusundadı: “Çelsi” ilə bu turnirin yarımfinalına qədər irəliləmişdim, amma həlledici məqamda “Atletiko” bizi üstələmişdi. Bu il eyni səhvləri buraxmaq istəmirik. Şəxsən mən Çempionlar Liqasında uğura imza atmaq arzusundayam. İngiltərə Premyer Liqasının qalibi olmuşam, Fransada titul qazanmışam, müxtəlif kuboklar əldə etmişəm. Amma bu, kifayət deyil. Böyük futbolçular Çempionlar Liqasını qazanmaq istəyirlər. Məncə, bu uğura imza atmağın vaxtı çatıb. Yaxşı heyətimiz və baş məşqçimiz var. Biz Çempionlar Liqasının cari mövsümünə tam hazırıq”.
 
Qeyd edək ki, “Stemford Bric”də keçiriləcək “Çelsi” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:45-də start götürəcək.

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30