29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

Lars Laqerbek:"Əsas məsələ qələbə qazanmaq idi"

Norveç milli komandasının baş məşqçisi Lars Lagerbek Osloda Azərbaycan yığmasına 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra mətbuat konfransında oyun haqda fikirlərini bölüşüb. Futbolxeber.az xəbər verir ki, 69 yaşlı mütəxəssis yetirmələrindən razılığını gizlətməyib:
 
"Bugünkü matçda əsas məsələ qələbə qazanmaq idi. Biz də buna nail olduq. Futbolçularımın oyunundan və matça yanaşmalarından xeyli razı qaldım. Bu 3 xal bizim üçün böyük əhəmiyyət kəsb edirdi. Biz neçə dəfə özümüz rəqibə qol vurma şansı yaratdıq. Qarşıdakı görüşlərdə belə səhvləri təkrarlamaq olmaz. Bununla belə, oyundan razıyam. Biz məqsədimizə nail olduq".
 
İsveçli mütəxəssis qol epizodlarından lazımınca yararlana bilməmələrindən narahatlıq ifadə edib. Onun fikrincə, bu hal Almaniya ilə qarşıdakı görüşdə komandaya problem yarada bilər. Müdafiə xəttindən razılıq ifadə edən təcrübəli baş məşqçi hücum xətti üzərində işləməyə zərurət olduğunu söyləyib. O, İslandiya yığmasındakı uğurlu fəaliyyətindən sonra Norveç millisindəki işini qiymətləndirməyə tələsməyib: "Hələlik qiymət verməyə tələsmirəm. Çünki cəmi 4 matç keçirmişəm. Ümidvaram ki, Norveçdəki işim İslandiyadakı kimi uğurlu olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31