8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

"Jilina"nın baş məşqçisi: "Ramil oyun ülubumuza uyğun gəlmədi"

“Şeydayev ümidlərimizi doğrultmadı. Hərçənd, o, komandaya yeni qoşulanda yaxşı təsir bağışlayırdı".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın "Jilina" klubunun baş məşqçisi Adrian Qula deyib.
 
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Çempionlar Liqasında təmsilşimiz "Qarabağ"a transfer olunmasından  danışan 42 yaşlı mütəxəssisin fikrincə, gənc hücumçumuz ilk vaxtlarda sərgilədiyi oyun onlara ümid verib: "Enerjimizi yeni oyunçuların yetişdirilməsinə yönəltmişik və bu, "Jilina"nın fəlsəfəsidi. Ramil də perspektivli futbolçudu. Ancaq o, oyun ülubumuza uyğun gəlmədi. Şeydayevə “Jilina” formasını geyindiyinə və ölkəmizdə çıxış etdiyinə görə təşəkkür edirəm”.
 
Slovakiya çempionu Şeydayevi qışda “Trabzonspor”dan 1,5 illik icarəyə götürmüşdü. 21 yaşlı hücumçumuz “Jilina”nın heyətində ümumilikdə 13 oyunda 5 qol vurub.
 
Xatırladaq ki, Şeydayev karyerasını onu Türkiyə klubundan 1 illiyə icarəyə götürən “Qarabağ”da davam etdirəcək. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30