8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

Səmədağa Şıxlarov 5-ci dəfə əməliyyat olundu

“Hazırda xəstəxanadayam. Əməliyyatdan sonra özümü yaxşı hiss edirəm”. Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  açıqlamasında veteran futbolçu Səmədağa Şıxlarov deyib.
 
62 yaşlı mütəxəssis əməliyyat edilib. Buna ayağındakı problem səbəb olub.
 
Vəziyyəti haqda danışan Şıxlarov həkimlərin nəzarətində olduğunu bildirib: “Məndə bu problem çoxdan var. Ayaqlarımın damarlarında tromb yaranır. Bu səbəbdən artıq 4 dəfə əməliyyat olunmuşdum. Bu, 5-ci əməliyyatım idi. Ayağıma şunt qoydular. İndi özümü yaxşı hiss edirəm. 2-3 günə məni evə buraxacaqlar”.
 
“Neftçi”nin sabiq hücumçusu üzləşdiyi problemin futbolçu karyerasında aldığı zədələrlə bağlı olduğunu deyib: “Hamısı vaxtilə yaşıl meydanlarda aldığım zədələrdəndi. Fəsadları futbolu bitirəndən sonra özünü göstərməyə başladı. Nə edim, birtəhər dözməliyəm”.
 
Qeyd edək ki, Səmədağa Şıxlarov futbolçu karyerasında “Neftçi” ilə yanaşı, “Xəzər” (Sumqayıt), “Avtomobilçi”, MOİK (Kiyev) və “Kəpəz” kimi klubların da formasını geyinib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30