7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Xarici futbol

"Qarabağ"ın rəqibi cəzalandırıldı

Danimarka Futbol İttifaqının İntizam Komitəsi "Kopenhagen"i cəzalandırıb.

Futbolxeber.az saytının məlumatına görə,  buna paytaxt təmsilçisi azarkeşlərinin Danimarka Superliqasının 5-ci turunda "Brondbü" ilə səfər oyunu zamanı törətdikləri iğtişaşlar səbəb olub.

"Bröndbü"nün qələbə qolundan sonra  onlar  mühafizəçilər və polislərlə dalaşıblar. Fanatlar meydana, eləcə də mühafizəçi və polislərə pirotexniki maddələr, yad əşyalar atıblar. Nəticədə baş hakim Anders Poulsen görüşü 18 dəqiqə dayandırıb.

İntizam Komitəsi "Kopenhagen"in növbəti və "Brondbü" ilə ev oyununu azarkeşsiz keçirməsinə dair qərar verib. Mövsümün sonunadək analoji hallar təkrarlansa, klub daha bir ev oyununa azarkeş dəstəyi olmadan keçirəcək. Bundan başqa kluba 150 min kron cərimə kəsilib.

Qeyd edək ki, "Bröndbü" - "Kopenhagen" görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Kopenhagen"dir. Bu komandalar arasında ilk matçda Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib. Cavab görüşü isə sabah Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30