9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Xarici futbol

PSJ-dən növbəti fantastik təklif

Fransanın PSJ klubu daha bir transfer gerçəkləşdirməyə çalışır.

Futbolxeber.az saytının məlumatına görə,  braziliyalı Neymarı “Barselona”dan 220 milyon avroya transfer edən parislilər indi də Killian Mbappeyə elçi düşüb.

Paytaxt klubu 18 yaşlı hücumçu üçün fantastik təklif də hazırlayıb. Belə ki, PSJ gənc oyunçunun məxsus olduğu “Monako”ya 180 milyon avro ödəməyə hazırdı.

Bir sıra nəhəng klubların diqqət mərkəzində olan Mbappenin keçidi baş tutsa, Fransa klubu ön xətdə möhtəşəm “üçlüy”ə malik olacaq. Edinson Kavani və Neymar cütlüyünə qoşula biləcək Killian hücum xəttini daha da gücləndirəcək.

Qeyd edək ki, Mbappe ötən mövsüm “Monako”da keçirdiyi 44 matçda 26 qol vurub.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30