29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

UEFA ÇL-in mövqelər üzrə ən yaxşı seçilməyə namizədlərin adlarını açıqlayıb

UEFA futbol üzrə 2016/2017 mövsümündə Çempionlar Liqasında çıxış etmiş ən yaxşı qapıçı, müdafiəçi, yarımmüdafiəçi və hücumçu nominasiyaları üzrə namizədlərin adlarını açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, ən yaxşı forvard adına Lionel Messi (“Barselona”), Kriştianu Ronaldu (“Real Madrid”) və Paulo Dibala (“Yuventus”) iddia edirlər. Canluici Buffon (“Yuventus”), Manuel Noyer (“Bavariya”) və Yan Oblak (“Atleiko”) ən yaxşı qapıçı, Leonardo Bonuççi (“Yuventus”), Marselo və Serxio Ramos (hər ikisi “Real Madrid”) isə ən yaxşı müdafiəçi adına namizəd göstəriliblər.

Ən yaxşı yarımmüdafiəçi isə Kazemiro, Toni Kroos və Luka Modriç (hamısı “Real Madrid”) “üçlüy”ündən biri olacaq.

Qeyd edək ki, qaliblərin adı 24 avqustda Monakoda keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşatma mərasimi zamanı açıqlanacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31