29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Xarici futbol

İtaliya A Seriyasına vəsiqə qazanan növbəti klub bəlli oldu

Növbəti mövsüm futbol üzrə İtaliya A Seriyasında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə, bu, "Verona" klubudur.
 
“Sarı-göylər” B Seriyasının sonuncu turunda "Çezena" ilə qolsuz bərabərə qalaraq buna nail olublar. Nəticədə, mövsümü 74 xalla 2-ci sırada bitirən Verona təmsilçisi elitaya vəsiqəni təmin edib. Sözügedən komanda 1 illik fasilədən sonra yenidən elitaya qayıdıb.
 
Qeyd edək ki, daha öncə B Seriyasının çempionu "Spal" elitaya vəsiqə qazanmışdı. Sonuncu - 3-cü vəsiqənin sahibi isə 6 komanda arasında keçiriləcək pley-off oyunlarında müəyyənləşəcək. Son vəsiqə uğrunda "Frozinone", "Peruca", "Benevento", "Çittadella", "Karpi" və "Speziya" klubları mübarizə aparacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31