8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Xarici futbol

İlk finalçı "Yuventus"!

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab görüşlərinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, bu qarşılaşmadan sonra qitənin ən nüfuzlu klub turnirində finala vəsiqə qazanan ilk komanda bəlli olub. 
 
Azərbaycanlı futbolsevərləri də yaxından maraqlandıran qarşılaşma Turində keçirilib. Ölkəmizdə xeyli sayda azarkeşi olan son İtaliya çempionu “Yuventus” evdə “Monako”nu (Fransa) sınağa çəkib. İlk oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən “ağ-qaralar” doğma divarlar arasında da qələbə (2:1) qazanaraq finala adlayıb.
 
Qeyd edək ki, sabah yarımfinalın digər oyununda iki İspaniya nəhəngi -  “Atletiko” və “Real” üz-üzə gələcək. 
 
Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
9 may
 
“Yuventus” (İtaliya) – “Monako” (Fransa) - 2:1
Qollar: Mandzukiç, 33; Alveş, 44 - Mbabbe, 69
Baş hakim: Byörn Kuypers (Hollandiya)
İlk oyun – 2:0
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30