9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Xarici futbol

“Yuventus” ÇL-in qalib ola biləcək gücdədi”

Ötən gün UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, səfərdə “Yuventus”a (İtaliya) 0:3 hesabı ilə uduzan “Barselona” (İspaniya) evdə rəqibi ilə qolsuz bərabərə qalaraq turnirdə mübarizəni dayandırıb.
 
Matçdan sonra açıqlama verən meydan sahibi komandanın baş məşqçisi Luis Enrike uğursuzluğu belə şərh edib: “Sürətli oynayaraq rəqib qapısı qarşısında təhlükəli epizodlar yaratmağı planlaşdırmışdıq, ancaq son anda hücumları məntiqi sonluğa çatdıra bilmədik. İki yaxşı komandanın ifasında baxımlı oyun izlədik. “Yuventus” qarşısında “şapka çıxarıram”. Onların əla baş məşqçiləri və keyfiyyətli oyunçuları var. Bu komanda turnirin qalib ola biləcək gücdədi. Ancaq unutmaq olmaz ki, geridə qalan bütün komandalar eyni xüsusiyyətlərə malikdilər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30